DYP-nin saxladığı avtomobilin sərnişinindən narkotik aşkarlanıb - Salyan postunda

Gündəm 18 Noyabr 2019 13:45 Oxunub 1007
DYP-nin saxladığı avtomobilin sərnişinindən narkotik aşkarlanıb - Salyan postunda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır

Yol polisinin saxladığı sürücü hadisə yerindən qaçıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 16-da saat 7 radələrində Yeni Ələt-Astara yolunun 47-ci kilometrliyində Kürdəmir rayon sakini M.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil konstruksiyaları dəyişdiyinə görə BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Akt tərtib edilərkən sərnişin Y.Fətəliyev əlində olan balaca bükümü yerə ataraq sürücü ilə birlikdə hadisə yerini tərk ediblər.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Y.Fətəliyev saxlanılaraq narkotik vasitə ilə birgə Salyan Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla həmin bükümdə 20 qramdan artıq heroin və 0,170 qram metamfetaminin olması müəyyən edilib.

Sürücünün saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh