Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu - Meyiti axtarılır

Gündəm 18 Noyabr 2019 13:50 Oxunub 1053
Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu - Meyiti axtarılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub

Xəzər dənizində neftçi itkin düşüb. Avtosfer.az-ın verdiyi xəbərə görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub. Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İlqar Şərifov onların yox, “Azgerneft” MMC-nin işçidir: “İki gün öncə Abşeron NQÇİ-də itkin düşüb, müvafiq qurumlar tərəfindən onun axtarışları davam etdirilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh