Samuxda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Qəzalar 18 Noyabr 2019 14:05 Oxunub 913
Samuxda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb. Dönmə əməliyyatının düzgün yerinə yetirilməməsi nəticəsində “Mercedes” və "VAZ-2106” markalı minik maşınları toqquşub.

Nəticədə 3 nəfər yaralanıb. Yaralılar Samux Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh