Yeni çəkilmiş yolda qeyri-adi mənzərə - VİDEO

Gündəm 18 Noyabr 2019 14:20 Oxunub 848
Yeni çəkilmiş yolda qeyri-adi mənzərə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sözügedən avtomobil yolu bu il yenilənib və təmir işlərinə ümumilikdə 115,6 milyon rubl xərclənib

Avtomobilin təhlükəsizlik kamerasına qeyri-adi yol istifadəçilərinin – elektrik ötürücü dirəklərinin görüntüləri düşüb. Avtosfer.az xəbər verir ki, kadrlar Rusiyanın Vladimirskiy əyalətindəki Fominki yaşayış məntəqəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Videoda, yenicə çəkilmiş trasda iki işıq ötürücüsünün – biri yolun ortasında digəri isə sol zolağın kənarında olduğu görülür.

Məlumata görə, sözügedən avtomobil yolu bu il yenilənib və təmir işlərinə ümumilikdə 115,6 milyon rubl xərclənib.

Rayon İcra başçısı Dmitriy Naumov bildirib ki, yol hələ istifadəyə verilməyib. Ümumiyyətlə yol rəsmi olaraq bağlıdır.

“Yol hələ təhvil verilməyib, o işləmir. İnsanlar icazəsiz soxulurlar, buna görə də belə alınır” – Naumov söyləyib.

Yerli sakinlər isə, tras onların yeganə gediş-gəliş yolu olduğunu söyləyiblər.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh