Beyləqanda “Mercedes”in vurduğu velosipedçi ölüb

Qəzalar 18 Noyabr 2019 15:00 Oxunub 962
Beyləqanda “Mercedes”in vurduğu velosipedçi ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Beyləqanda minik avtomobili velosipedi vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 17-də saat 19 radələrində Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində Ağcabədi rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosipedlə yolu keçən Qarallar kənd sakini  Fərhad Əhmədovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh