Avtosfer.az | Reklam
Botanika bağında manqaldan uçan közlər yanğına səbəb oldu: 2 maşın yarasız hala düşüb - VİDEO
Avtosfer TV 18 Noyabr 2019 19:40 1006 dəfə oxunub
Botanika bağında manqaldan uçan közlər yanğına səbəb oldu: 2 maşın yarasız hala düşüb - VİDEO
Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Bursa vilayətində manqaldan uçan közlər iki avtomobilin yanmasına səbəb olub. Avtosfer.az xəbər verir ki, insident noyabrın 17-si Bursa Botanika Parkının bağçasında qeydə alınıb.

Məlumata görə, Botanika bağına piknikə gələn ailə manqal qaladıqdan sonra söndürməyi unudublar. Bundan sonra küləyin də əsməsi ilə ətrafa dağılan közlər iki nəqliyyat vasitəsinin yanmasına yol açıb.

Qısa müddət ərzində alovlanan maşınlar, hadisə yerinə gələn yanğınsöndürmə briqadaları tərəfindən çətinliklə də olsa ram edilib. Ancaq buna baxmayaraq avtomobillər yanaraq yararsız vəziyyətə düşüb. Yanğın nəticəsindən xəsarət alan olmayıb.

Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh