“QAZ” avtomobilləri istehsal edən zavod fəaliyyətə başlayacaq - Hacıqabulda

Avtoxəbər 18 Noyabr 2019 17:15 Oxunub 1561
“QAZ” avtomobilləri istehsal edən zavod fəaliyyətə başlayacaq - Hacıqabulda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda tikinti işləri davam edir və bir çox inşaat işləri artıq yerinə yetirilib

Gələn ildən etibarən Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı QAZ avtomobillərinin istehsalı zavodu fəaliyyətə başlayacaq. Avtosfer.az xəbər verir ki, bunu APA-ya İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, hazırda tikinti işləri davam edir və bir çox inşaat işləri artıq yerinə yetirilib.

Qeyd edək ki, zavodun təməli bu ilin fevralın 9-da qoyulub. Layihə Azərbaycanın “Azərmaş” və Rusiyanın “QAZ Qrup” şirkəti ilə birgə icra olunur. Zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 mln. manat təşkil edir.

Xatırladaq ki, zavodun illik istehsal gücü 1 000 avtomobil təşkil edəcək. Müəssisədə “QAZel”, “QAZel Biznes”, “QAZel Next” avtomobil modelləri və xüsusi təyinatlı texnika istehsal ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh