Avtosfer.az | Reklam
Azərbaycanda "Peugeot"un istehsalı daxili bazar tələbatına uyğun qurulacaq
Avtoxəbər 18 Noyabr 2019 19:30 143 dəfə oxunub
Azərbaycanda "Peugeot"un istehsalı daxili bazar tələbatına uyğun qurulacaq
"Bu proses genişlənir və mütəmadi olaraq model növləri yenilənəcək"

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən avtomobil istehsalçısı ("Azərmaş" ASC – red.) tərəfindən daxili bazarda müxtəlif modellərə olan tələbat araşdırılır ki, istehsal prosesi ona uyğun qurulsun. Avtosfer.az xəbər verir ki, bunu APA-ya İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Onun sözlərinə görə, sənaye məhəlləsində fəaliyyət göstərən istehsalçı tərəfindən bu günədək artıq 3 minə yaxın "Peugeot" avtomobili yığılıb. "Bu proses genişlənir və mütəmadi olaraq model növləri yenilənəcək. Paralel olaraq, avtomobil ixracı ilə bağlı xarici bazarlar da araşdırılır. Onların sırasında Rusiya, Ukrayna və Gürcüstan bazarlarını qeyd etmək olar", - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, hazırda "Azərmaş" zavodunda “Peugeot Khazar” modeli istehsal edilir. Gələcəkdə isə müəssisə tərəfindən "Peugeot-301", "Peugeot-206" və "Peugeot-207" modellərinin də istehsalı nəzərdə tutulub. Ümumilikdə, şirkət tərəfindən gələcəkdə “Peugeot”nun 9 modelinin istehsalı nəzərdə tutulub. Layihə "Iran Khodro Industrial Group" şirkəti ilə müştərək olaraq icra olunur.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh