Qubada avtomobil aşdı: azyaşlı ölüb, yaralananlar var

Gündəm 18 Noyabr 2019 20:15 Oxunub 1005
Qubada avtomobil aşdı: azyaşlı ölüb, yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Quba rayonunda avtomobil aşıb, azyaşlı ölüb, yaralananlar var. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun İspik kəndi ərazisində baş verib. Belə ki, Elnur Qeybəli oğlu Qədirovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə Quba rayonunun Zərdabi qəsəbə sakini, 2018-ci il təvəllüdlü Polad Şaban oğlu Poladov ölüb. Onun nənəsi Vəzifə Buxsay qızı Qədirova və anası Yeganə Əmrulla qızı Poladova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə qonaq getdikləri İspik kəndindən qayıdarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh