Çinlilər “Range Rover”in oxşarını istehsal etdi - Əslindən on dəfə ucuzdur

Avtodünya 18 Noyabr 2019 21:15 Oxunub 2733
Çinlilər “Range Rover”in oxşarını istehsal etdi - Əslindən on dəfə ucuzdur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu maşınla bağlı heç bir açıqlama gəlməyib

Çinin “Hunkt Canticie” adlanan avtomobil markası Britaniya istehsalı olan “Range Rover”in ucuz oxşarıdır. Avtomobilin dəyəri isə cəmi 18 min dollardır. Hələlik istehsalçılar bu maşını yalnız Çin bazarında satmağı planlaşdırırlar.

“Carscoops” nəşri yazır ki, çinlilər bu maşını “Range Rover” istehsalçılarından icazəsiz şəkildə kopyalayıblar.

Doğrudur, çinli “klon”un “Range Rover”ə bənzərliyi yalnız xarici görünüşə görədir. “Hunkt Canticie”nin interyeri isə britaniyalı əslindən fərqli olaraq daha sadədir.

Bundan başqa, Çin avtomobilinin texniki gücü də “Range Rover”ə uduzur. Çin variantında beş litrli V8-in əvəzində iki litrlik benzin mühərriki yer alıb.

Qiymətdəki fərq isə həqiqətən fantastikdir. Çində “Range Rover” 173 min dollara başa gəlir ki, onu da əhalinin böyük hissəsi almaq iqtidarında deyil. Yerli istehsal isə çinlilərə demək olar, 10 dəfə ucuz başa gələcək.

Hələlik britaniyalı avtomobil istehsalçılarından bu maşınla bağlı heç bir açıqlama gəlməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh