Bakıda ağır qəza, sürücü hadisə yerindən qaçdı - FOTO

Qəzalar 19 Noyabr 2019 02:15 Oxunub 2840
Bakıda ağır qəza, sürücü hadisə yerindən qaçdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Axşam saatlarında Bakının 20 Yanvar dairəsində körpünün üstünə yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, yüksək sürətlə hərəkət edən 90-LE-702 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil hərəkətdə olan 10-RU-782 dövlət nömrə nişanlı "Mercedes" markalı maşına çırpılıb.

Hadisə nəticəsində "Hyundai" aşıb, digər maşın isə yararsız hala düşüb. Hadisə şahidlərinin sözlərinə görə, "Hyundai" markalı avtomobilin sürücüsü qəza yerindən qaçıb. "Mercedes"in sürücüsünə isə ilkin tibbi yardım göstərilib, vəziyyət kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh