Bakıda evləri talayan qadın saxlanılıb - FOTO

Gündəm 19 Noyabr 2019 11:30 Oxunub 920
Bakıda evləri talayan qadın saxlanılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mənzillərdən oğurluqlar edən şəxs tutulub.

Belə ki, zərərçəkən şəxslərdən biri polisə müraciət edərək bildirib ki, evin giriş qapısının açıq olmasından istifadə edən naməlum şəxs mənzilin dəhlizindəki dolabdan 5350 ABŞ dolları və 500 manat oğurlayaraq hadisə yerindən qaçıb. Bölmə əməkdaşları qısa zamanda qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron rayon sakini Günay Abdullayevanı saxlayıblar. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Araşdırma zamanı G.Abdullayevanın Binəqədi rayonunda daha bir neçə evdən eyni üsulla, yəni açıq qalmış qapıdan içəri daxil olmaqla oğurluqlar etiyi məlum olub.

Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh