Qadın sürücünün avtomobilinə benzin töküb yandıran şəxsin - VİDEOsu

Avtosfer TV 19 Noyabr 2019 17:36 Oxunub 1504
Qadın sürücünün avtomobilinə benzin töküb yandıran şəxsin - VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisəni törədən şəxsi yaxalayıb

Türkiyənin Adana vilayətində rayon sakininin avtomobilini yandıran şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün gecə saatlarında Kozan rayonunda qeydə alınıb.

Məlumata görə, Mahmud məhəlləsində yerləşən Kozan orta məktəbin yaxınlığında naməlum şəxs, Sibel Mantaşa məxsus 01 GS 307 qeydiyyat nişanlı minik avtomobilinin üzərinə benzin tökərək yandırıb. Maşın yandığına əmin olduqdan sonra cinayətkar hadisə yerindən qaçıb.

Hadisənin görüntüləri isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Vətəndaşların xəbər verməsi ilə hadisə yerinə gələn yanğınsöndürmə briqada əməkdaşları yandırılan maşını söndürüb.

Yanğınla bağlı araşdırmalara başlayan polis, təhlükəsizlik kamerasını gözdən keçirərək hadisədə şübhəli bilinən şəxsi saxlayıb. Onun sorğusu davam etdirilir.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh