Tıxac zamanı əks istiqamətə çıxmayın, yoxsa... - VİDEO

Avtoxəbər 19 Noyabr 2019 12:45 Oxunub 1808
Tıxac zamanı əks istiqamətə çıxmayın,  yoxsa... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tıxac zamanı səbirli olun və qaydaları pozmayın

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü qəzadan son anda yayına bilib. Avtosfer.az xəbər verir ki, paytaxtda hərəkət edən "BMW" markalı avtomobilin sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətdə hərəkət edib. Bu zaman sağdan yolayrıcına daxil olan "Vaz 2104" markalı avtomobillə toqquşma baş verəcəkdi. "Vaz" markalı avtomobilin sürücüsü əyləcdən istifadə etməsəydi qəza qaçılmaz olacaqdı. 

Bir çox sürücülər tıxac zamanı əks istiqamətə çıxaraq bu cür qabağa düşmək istəyirlər. Lakin onlar hansı təhlükə ilə üzləşəcəklərini öncədən düşünmürlər. Bu cür qayda pozuntularına görə dəfələrlə cinayət xarakterli yol nəqliyyat hadisələri baş verib. Sürücülərə bir daha tövsiyə edirik ki, tıxac zamanı səbirli olsunlar və yol hərəkəti qaydalarını pozmasınlar. 

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh