"Boeing 737" dünyanın ən çox satılan təyyarəsi statusunu itirib

Gündəm 19 Noyabr 2019 15:00 Oxunub 837
"Boeing 737" dünyanın ən çox satılan təyyarəsi statusunu itirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi ən çox alınan layner "Airbus" konsorsiumu tərəfindən istehsal olunan A320 təyyarələridir

Əlli beş illik tarixi ərzində "Boeing 737" bütün dövrlərin ən çox satılan təyyarəsi olub, amma indi o, bu statusunu itirib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Business Insider" laynerlərin satış barədə hesabatlara istinadən məlumat verib.

Məlum olub ki, indi ən çox alınan layner "Airbus" konsorsiumu tərəfindən istehsal olunan A320 təyyarələridir.

Belə ki, 2019-cu ilin oktyabr ayının sonuna olan məlumata görə, "Boeing" 737 modelindən olan 15136 təyyarənin təchizatı üçün müqavilələr imzalayıb, "Airbus" isə A320 ailəsinə aid 15193 təyyarə üçün sifariş qəbul edib.

Qeyd olunur ki, buna səbəb "Boeing"də 2019-cu ilin aprelində başlayan böhran olub, çünki şirkət iki aviaqəza fonunda müəyyən müddət 737 MAX modelindən olan təyyarələrinin uçuşu dayandırmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh