Yeni çəkilən Bakı-Şamaxı-Yevlax yolunda çatlar yarandı - FOTO - VİDEO

Xəbərlər 19 Noyabr 2019 16:00 Oxunub 1742
Yeni çəkilən Bakı-Şamaxı-Yevlax yolunda çatlar yarandı  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ərazilər sürüşməyə meyilli ərazilər hesab edilir

Şamaxı rayonudakı sürüşmə sahələri aktivləşib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun 108-ci kilometrliyində baş verən sonuncu sürüşmə nəticəsində yeni çəkilməkdə olan yolun Şamaxı istiqamətində hərəkət zolağının sol tərəfində çatlar yaranıb, asfaltda çöküntülər əmələ gəlib. Yeni çəkilən yolun bu hissəsində sürüşmənin aktivliyini nəzərə alaraq həmin əraziyə beton plitələr yerləşdirilsə də, təbiət hadisəsi nəticəsində yola ciddi ziyan dəyib.

Qeyd edək ki, əvvəlki illərdə də yolun 106,107,108-ci km-ləri sürüşmənin ən aktiv nöqtələri hesab olunub. Bu ərazilər sürüşməyə meyilli ərazilər hesab edilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Avtosfer.az-a bildirilib ki, bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib. Həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.

Qeyd edək ki, sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeyd alınmayıb. Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur. Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh