Həftə sonları ağır qəzalar niyə baş verir? – Ekspert izah etdi

Yazarlar 19 Noyabr 2019 17:00 Oxunub 1609
Həftə sonları ağır qəzalar niyə baş verir? – Ekspert izah etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: “Məhz həmin günlər yollarda daha diqqətli olmaq lazımdır”

“Son 25 ilin yol-nəqliyyat hadisələrini araşdıranda daha bir sabit əlamət görünür: şənbə və bazar günləri ağır nəticəli hadisələr daha çox olur. Həftə boyu baş verən hadisələrin təxminən 30 %-i bu iki günün payına düşür”. Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov bildirib. O qeyd edib ki, məhz həmin günlər yollarda daha diqqətli olmaq lazımdır. Həmin iki gün hadisələrin daha çox olmasını şərtləndirən 2 başlıca əlamət var:
1. Bakıda və Bakı ətrafında, eləcə də Sumqayıtda, Gəncədə və bəzi digər şəhərlərimizdə tıxac və sıxlıq demək olar ki, olmur. Ona görə də küçə və prospektlərdə nisbətən yüksək sürətlə hərəkət mümkün olur
2. Şəhərlərarası yollarda hərəkətlilik artır, çünki istirahət günləri rayonlara gedənlər daha çox olur.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh