Qəzada çevrilən “Mitsubishi”dən görün nələr çıxdı: pivə, konyak, avtomat...- VİDEO

Avtosfer TV 19 Noyabr 2019 17:35 Oxunub 1435
Qəzada çevrilən “Mitsubishi”dən görün nələr çıxdı: pivə, konyak, avtomat...- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün sərxoş olduğu bildirilir

Rusiyanın Sankt-Peterburq şəhərində qəzaya uğrayaraq aşan avtomobildən “kalaşnikov” düşüb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Vıborqskom şosesində qeydə alınıb.

Məlumata görə, “Mitsubishi” markalı avtomobilin sürücüsü sükan idarəetməsini itirərək əvvəlcə park edilmiş maşınlara, sonra da “Nissan Qashqai” markalı avtomobilə çırpılaraq çevrilib. Qəza nəticəsində xəsarət alan olmayıb. Çevrilən “Mitsubishi”nin baqajından pivə butulkaları, konyak və “kalaşnikov” avtomatı düşüb. 

İlkin ehtimallara görə, “Mitsubishi”nin sürücüsü sərxoş olub.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh