Avtosfer.az | Reklam
Yol polisi "Ölkəmizi tanıyaq" layihəsinə dəstəyini davam etdirir - VİDEO
Yol polisi 19 Noyabr 2019 17:45 301 dəfə oxunub
Yol polisi "Ölkəmizi tanıyaq" layihəsinə dəstəyini davam etdirir - VİDEO
18-21 noyabr tarixlərində maarifləndirici tur-aksiyanın 2-ci mərhələsi keçirilir

Bir neçə ildir davamlı olaraq həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi bu il də davam etdirilir. 

İlkin mərhələdə ölkənin müxtəlif bölgələrinə 5 avtobusdan ibarət karvan yola çıxmışdı. İçərisində məktəblilər olan karvanı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları müşayət ediblər.

18-21 noyabr tarixlərində maarifləndirici tur-aksiyanın 2-ci mərhələsi davam edir. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları məktəbliləri bütün rayonlarda müşayət edirlər. Avtobusların təhlükəsizlik şəkildə hərəkət etməsini, eyni zamanda şagirdlərin yolları keçməsini təmin edirlər. 

Qeyd edək ki, yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir zamanı müxtəlif rayonlardan olan hərəsində 45 şagird olan avtobuslar rayonlara gedir və orda şagirdlər həmin rayonla tanış olurlar. Əvvəlcədən yol polisinə müraciət əsasında YPX əməkdaşları sürücüləri tibbi müayinədən keçirir, sənədlərini yoxlayır və daha sonra hər avtobusa iki patrul avtomobili olmaqla müşayət olunur.

 

Avtosfer.az videonu təqdim edir:

 

Orxan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh