Ağsuda yük maşını aşdı - 1 ölü, 1 yaralı - FOTO

Qəzalar 19 Noyabr 2019 18:15 Oxunub 1403
Ağsuda yük maşını aşdı - 1 ölü, 1 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində baş verib.

Yük avtomobilinin aşması nəticəsində Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu və Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Hər iki yaralı Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

T. Rüstəmovun vəziyyəti ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh