Sərxoş vəziyyətdə piyadanı öldürən sürücünün məhkəməsi başlayır

Gündəm 19 Noyabr 2019 21:00 Oxunub 1090
Sərxoş vəziyyətdə piyadanı öldürən sürücünün məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəqani Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Yasamal rayonunun Tbilisi prospektində baş verib. 

Abşeron rayon sakini Xəqani Səfərov idarə etdiyi BMW markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Nadir Talıbovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

X. Səfərova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh