“Mercedes” qucağında 3 yaşlı uşaq olan qadını vurub yerə sərdi - VİDEO

Avtosfer TV 20 Noyabr 2019 06:00 Oxunub 1446
“Mercedes” qucağında 3 yaşlı uşaq olan qadını vurub yerə sərdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində ana və körpə xəsarətlər alıb

Sürücü avtomobillə, qucağında 3 yaşlı uşaq olan qadının vurma anlarının görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Tümen əyalətinin Surqut şəhəri ərazisində qeydə alınıb.

Kadrlarda, qarlı yolda “Mercedes” markalı avtomobilin hərəkətdə olduğu və bu zaman piyadaların yolu keçməyə çalışdıqları görülür. Sürücü, birinin qucağında 3 yaşlı uşaq olan 2 qadını fərq etməyərək onları vurur. Zərbənin şiddətindən qadın və 3 yaşlı uşaq yerə sərilir.

Ana və körpə xəsarətlər alıb. Digər qadın isə qəzanı yaralanmadan xilas olub.

Qəzanın günahkarı diqqətinin yayındığını və piyadaları görmədiyini söyləyib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh