Avtosfer.az | Reklam
Bakıda reyd: peraşki və qutablar antisanitar şəraitdə hazırlanır - VİDEO
Gündəm 19 Noyabr 2019 21:15 791 dəfə oxunub
Bakıda reyd: peraşki və qutablar antisanitar şəraitdə hazırlanır - VİDEO
Bu yağların təkrar istifadəsi isə bir sıra xəstəliklərə səbəb ola bilər

Bakıda peraşki, qutab və digər qəlyanaltı yeməklər hazırlanan bir sıra obyektlərdə sözün əsl mənasında antisanitar vəziyyət hökm sürür. Maraqlanan zaman isə obyekt sahibləri acınacaqlı vəziyyəti gizlətməyə çalışırlar. Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, metro çıxışlarında fəaliyyət göstərən obyektlərdə həmçinin istifadə edilən yağlar demək olar ki, dəyişdirilmir. Bu məhsullar vitrində cəlbedici görünür, amma hazırlanma şəraiti bunun əksini göstərir. Qeyd edək ki, bütün bu kimi xoşagəlməz hallar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  reyd keçirib. Reyd zamanı məlum olub ki, obyektlərin əksəriyyətində adi elementar gigiyenik qaydalara belə əməl edilmir. Vətəndaşların isə qidaların belə vəziyyətdə hazırlanmasına münasibəti birmənalı deyil. Onların bəziləri sağlamlığını düşünsə də, bəziləri buna əhəmiyyət vermir. Mütəxəssislər isə bildirir ki, qızardılmış xəmir məmulatlarını hazırlayarkən istifadə olunan yağlar bişirilən qidadan asılı olaraq dəyişdirilməldir. Bu yağların təkrar istifadəsi isə bir sıra xəstəliklərə səbəb ola bilər.

Onu da qeyd edək ki, AQTA tərəfindən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə baxışlar mütəmadi olaraq davam etdiriləcək.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh