Bakıda avtobus sürücüsü ürəyindən bıçaqlandı

Gündəm 20 Noyabr 2019 00:15 Oxunub 1032
Bakıda avtobus sürücüsü ürəyindən bıçaqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.  

Oxu.Az xəbər verir ki, Lökbatan qəsəbəsində Cəbrayıl rayon sakini, 1985-ci il təvəllüdlü İsmayılov Samir Vahid oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.  

Onun ürək və qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat olunub.  

Məlumata görə, S.İsmayılov xəstəxanaya daxil olarkən vəziyyəti ağır və sərxoş halda olub. S.İsmayılov Qaradağ rayonu ərazisində 124 saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusun sürücüsüdür.  

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh