Avtosfer.az | Reklam
Çində nəhəng külək generatoru hazırlanıb
Texnologiya 20 Noyabr 2019 09:15 252 dəfə oxunub
Çində nəhəng külək generatoru hazırlanıb
Bu isə ölkədə mövcud olan 5 mvt gücündə analoqun göstəricisini iki dəfə üstələyir

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində diametri 210 metr olan rotorla təchiz edilmiş külək generatoru hazırlanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, "H210-10MW" dəniz külək qurğusunun gücü 10 mvt təşkil edir. O, Çində rotorunun diametri 200 metrdən çox olan ilk külək turbinidir. Bu nəhəng generator Çinin "Haizhuang Windpower" şirkəti tərəfindən hazırlanıb və yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. "Haizhuang Windpower" şirkətinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutunun direktoru Han Huali məlumat verib ki, hər bir "H210-10MW" aqreqatı hər il təxminən 40 milyon kVt/saat elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir. Bu isə ölkədə mövcud olan 5 mvt gücündə analoqun göstəricisini iki dəfə üstələyir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh