Polis fermadan 25 nəfərin cəsədini aşkarladı - FOTO

Gündəm 20 Noyabr 2019 19:45 Oxunub 1006
Polis fermadan 25 nəfərin cəsədini aşkarladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəsədlərin 6-sının ailələri tərəfindən tanındığı bildirilir

Meksikada polis fermadan 25 nəfərin cəsədini aşkarlayıb. Avtosfer.az xəbər verir ki, ölkənin ən güclü narkotik kartellərinin olduğu Jalisko əyalətində polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində fermada 52 çantadan 5-i qadın olmaqla 25 nəfərin meyitini tapıb.

Jalisko əyalət prokurorluğundan verilən açıqlamada, cəsədlərin 6-sının ailələri tərəfindən tanındığı, irəliləyən müddətdə təhlillərin davam etdiriləcəyi bildirilib.

Prokurorluq, şəxsiyyətləri müəyyən olunan cəsədlərin əvvəllər məhkumluq həyatı yaşadıqları məlumatını verərək, istintaqın davam etdiyini qeyd edib.  

Açıqlamada həmçinin qeyd edilir ki, Milli Mühafizə Birlikləri noyabrın 7-də Jalisko əyalətinin Toluquilla bölgəsindəki bir anbara basqını zamanı 15 nəfəri yaxalayıb. Məhz bundan sonra sözü gedən ferma aşkarlanıb.

Mekiskanın Jalisko əyalətində fəaliyyət göstərən "Jalisco Yeni Nəsil" narkotik karteli bölgədə ən güclü qrup olaraq tanınır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh