Bakı-İstanbul təyyarəsi təcili eniş etdi

Gündəm 20 Noyabr 2019 11:45 Oxunub 816
Bakı-İstanbul təyyarəsi təcili eniş etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir

Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb. Avtosfer.az xəbər verir ki, “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib. Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub.

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh