Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin artıb

Avtoxəbər 20 Noyabr 2019 12:15 Oxunub 1171
Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-oktyabr aylarında

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 880 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, hesabat dövrü ərzində Azərbaycanda traktor istehsalı 26,3% azalaraq 899 ədəd təşkil edib.

Məlumata əsasən, bu ilin 10 ayında ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 227,5 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10,8 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7% azalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh