Avtomobil park edilmiş yük maşınına çırpıldı: 8 nəfər hadisə yerində öldü

Qəzalar 20 Noyabr 2019 13:05 Oxunub 840
Avtomobil park edilmiş yük maşınına çırpıldı: 8 nəfər hadisə yerində öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Hindistanda minik avtomobilinin və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident noyabrın 20-də Assam ştatının Udalquru dairəsində qeydə alınıb. İlkin məlumatlara görə, sürücünün idarəetməsində olan minik avtomobili yol kənarında park edilmiş yük maşınına çırpılıb.

Bildirilir ki, zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb və 8 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh