Piyada keçidi varsa, hər zaman oradan keçmək olar? - VİDEO

Avtosfer TV 20 Noyabr 2019 13:55 Oxunub 1402
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əgər yolda piyadalar üçün svetofor olmazsa...

Yolda hərəkət edən piyadaların əksəriyyəti, yolun hərəkət hissəsini necə keçməli olduqlarını bilmirlər. Avtosfer.az xəbər verir ki, paytaxtın Şıxəli Qurbanov küçəsində piyadaların yolu təhlükəli şəkildə keçmə anı avtomobildəki kameraya qeyd olunub. Həmin piyadalar, onlara qırmızı işıq yanmasına baxmayaraq yolun hərəkət hissəsini keçərək sürücülərə təhlükə yaradıblar.

Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsində qeyd olunub ki, "piyadalar hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır".

Əgər yolda piyadalar üçün svetofor olmazsa, onlar nəqliyyat vasitələri üçün quraşdırılmış svetoforu üstün tutaraq avtomobillərə qırmızı işıq yandıqdan sonra hərəkət hissəsini keçməlidirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh