Sükan arxasında yatan sürücü “Mercedes”i işıq dirəyinə çırpdı - VİDEO

Avtosfer TV 20 Noyabr 2019 19:00 Oxunub 1482
Sükan arxasında yatan sürücü “Mercedes”i işıq dirəyinə çırpdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində xəsarət alan olmayıb

Türkiyənin Muğla vilayətində idarəetmədən çıxan avtomobil işıq dirəyini aşırıb. Avtosfer.az xəbər verir ki, insident noyabrın 15-də gecə saatlarında Fəthiyə rayonunda qeydə alınıb. Məlumata görə, Mutlu U. idarə etdiyi 35 KF 8314 qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman sükan arxasında yatıb. Bundan sonra idarəetmədən çıxan avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən dirək yolun hərəkət hissəsinə aşıb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzanın görüntüləri isə bir iş yerinin təhlükəsizlik kamerasına düşüb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh