Avtosfer.az | Reklam
Azərbaycanda benzin və dizel istehlakı 9% artıb
Gündəm 20 Noyabr 2019 16:30 451 dəfə oxunub
Azərbaycanda benzin və dizel istehlakı 9% artıb
1 004,8 min ton avtomobil benzini istehlak edilib

2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 1 039,1 min ton dizel yanacağı, 1 004,8 min ton avtomobil benzini istehlak edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hər iki məhsulun istehlakı ötən ilin müvafiq dövründən 9,2%çox olub.

Hesabat dövründə 296,2 min ton aviasiya üçün ağ neft, 196,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 175 min ton neft bitumu, 136,2 min ton maye qaz, 39,2 min ton sürtkü yağları istehlak edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehlakı 15%, aviasiya üçün ağ neft istehlakı 2%, maye qaz istehlakı 7,2% artıb, neft bitumunun istehlakı 25,8%, sürtkü yağlarının istehlakı 14,4% azalıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh