Fermadan kabel oğurlayan şəxslər saxlanılıb - Hacıqabulda

Gündəm 20 Noyabr 2019 21:45 Oxunub 865
Fermadan kabel oğurlayan şəxslər saxlanılıb - Hacıqabulda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır

Hacıqabulda kabel oğurlayan şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, noyabrın 13-də Şirvan şəhər sakini Elşən Məlikov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Hacıqabul RPŞ-yə müraciət edərək bir gün əvvəl rayon ərazisində ona məxsus fermadan 1720 metr uzunluqda elektrik kabelin oğurlanması ilə bağlı məlumat verib. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Müşfiq Şirinov və Bərdə rayon sakini 33 yaşlı İlham Fərəcov saxlanılıb. Oğurlanan elektrik kabeli onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh