Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb - FOTO

Qəzalar 20 Noyabr 2019 23:15 Oxunub 1038
Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb.

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə Qumbaşı kəndində baş verib.

Rayonun Liman şəhər Həzi Aslanov küçəsində yaşayan təxminən 55-60 yaşlı Balaqız Abdulhüseyn qızı Quliyevanı "VAZ-2107" markalı avtomobil vuraraq hadisə yerindən qaçıb. Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, müayinə zamanı onun öldüyü müəyyənləşib. Qəza şahidlərinin məlumatı əsasında hadisəni törədən "44-BN-751" dövlət qeydiyyat nişanlı,"VAZ-2107" markalı avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh