"Dakar" rallisinin yeni marşrutu təqdim olunub

Yarışma 21 Noyabr 2019 11:25 Oxunub 1368
"Dakar" rallisinin yeni marşrutu təqdim olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə 351 yarış iştirakçısı arasında "Formula 1" üzrə ispaniyalı ikiqat dünya çempionu Fernando Alonso da olacaq

Fransanın paytaxtı Parisdə 2020-ci il Dakar ralli reydinin marşrutu təqdim olunub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, sayca 42-ci yürüş yanvarın 5-də Səudiyyə Ərəbistanının qərbindəki Ciddə şəhərində start götürəcək. Mübarizəyə yanvarın 17-də paytaxt Ər-Riyad yaxınlığındakı Əl-Kiddiya şəhərində yekun vurulacaq. Marşturun ümumi uzunluğu 7856 km-dir. Bunun 5097 km-i xüsusi sahələrdən keçəcək. Ümumilikdə 351 yarış iştirakçısı arasında "Formula 1" üzrə ispaniyalı ikiqat dünya çempionu Fernando Alonso da olacaq. Səudiyyə Ərəbistanı Dakar rallisinə ilk dəfə ev sahibliyi edəcək. "Dakar" 1979 - 2007-ci illərdə Avropa və Afrikada, 2009 - 2019-cu illərdə Cənubi Amerikada təşkil olunub. Ralli reydinin hazırkı qalibləri yolsuzluq sinfində Naser Əl-Əttiyə ("Toyota"), motosikletdə Tobi Prays (KTM), yük maşınları üzrə Eduard Nikolayev ("KamAZ"), kvadrotsikldə (dörd təkərli motosiklet) Nikolas Kavilyasso ("Yamaha"), çoxtəkərli motosikletlərdə Fransisko Lopes ("Can-Am") sayılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh