Avtosfer.az | Reklam
Sevgilisi ilə əlbir olub marketdən 6000 manat oğurladılar: polis 105 fərqli kameranı izləyib yaxaladı - VİDEO
Avtosfer Foto 21 Noyabr 2019 23:30 242 dəfə oxunub
Sevgilisi ilə əlbir olub marketdən 6000 manat oğurladılar: polis 105 fərqli kameranı izləyib yaxaladı - VİDEO
Onların barəsində son qərarı hakim verəcək

Türkiyənin Bursa vilayətində marketdən oğurluq edən dəstə üzvləri həbs edilib. Avtosfer.az xəbər verir insident ötən gün səhərə 09.00 radələrində Osmanqazi rayonunun Altıbarmaq küçəsində qeydə alınıb.

Məlumata görə, bir market şəbəkəsinin filialında işləyənlər, təmizlik işi görərkən içəri daxil olan maskalı kişi, kassadan 20 min lirəni (6000 Azn) oğurlayaraq qaçıb. Kassadan pulun oğurlandığını fərq edən işçilər, vəziyyəti polis bildiriblər. Polis əməkdaşları hadisə yerinə gələrək araşdırmalara başlayıb. Ərazidə yerləşən 105 fərqli təhlükəsizlik kameralarını gözdən keçirən və şahidlərin ifadələrini dinləyən Bursa Asayiş Şöbə İdarəsinin əməkdaşları şübhəlinin S.E. olduğunu müəyyən edib.

 

Şübhəli kassir qızla sevgili imiş

 

Polis, S.E.-nin marketdə kassir işləyən K.S.-nin sevgilisi olduğunu müəyyənləşdirib. K.S., əməkdaşlar tərəfindən saxlanılıb. Polis idarəsində oğurluğu etiraf edən K.S., S.E. ilə hadisəni planlaşdırdıqlarını və sevgilisinin əlbir olduğu daha bir dostu ilə Ərzuruma qaçmaq üçün yola çıxdıqlarını söyləyib. Asayiş keşikçiləri S.E.-nin, ona kömək edən dostu İ.A. (29) ilə avtobusda olduqlarını və Qıqıqqalaya yaxınlaşdıqlarını müəyyən ediblər.

S.E., və İ.A., Qırıqqala Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bursaya gətirilib.

S.E., qarəti birlikdə planlaşdırdığı sevgilisi K.S., və onlara kömək edən İ.A., ifadələri alındıqdan sonra toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Onların barəsində son qərarı isə hakim verəcək.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh