Pul istəyən qıza küçənin ortasında atəş açdı - VİDEO

Avtosfer TV 21 Noyabr 2019 16:00 Oxunub 1811
Pul istəyən qıza küçənin ortasında atəş açdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şahidlər qızın yardımına gəlsələr də, onu xilas etmək mümkün olmayıb

Braziliyada kişi ondan pul istəyən qıza atəş açıb, sonra isə sakit addımlarla yoluna davam edib. Hadisə yaxınlıqdakı müşahidə kameraları tərəfindən qeydə alınıb. Faciə barədə “The Sun” xəbər yayıb. Hadisə Rio-de-Janeyroda baş verib. Kadrlarda gənc bir adamın küçə ilə getdiyi görünür. Bu vaxt bir qız ona yaxınlaşaraq 18 peso pul istəyir. Bunun müqabilində kişi tapançasını çıxararaq, ona atəş açıb, sonra isə yoluna davam edir.

Hadisənin şahidləri qızın yardımına gəlsələr də, onu xilas etmək mümkün olmayıb.

Polisin məlumatına görə, qurban 31 yaşlı Zilda Enrike duş-Santuş maddi problemlərlə əlaqədar küçədə yaşayırmış.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh