Bəbiri yemək istəyən nəhəng piton şikara çevrildi - VİDEO

Maraqlı 21 Noyabr 2019 23:15 Oxunub 8929
Bəbiri yemək istəyən nəhəng piton şikara çevrildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəbir fantastik çeviklik göstərərək pitonun ağuşundan çıxa bilir

Keniyanın Masai Mara qoruğunda turistlər bəbir və piton arasında qarşıdurmanın şahidi olublar. Bu barədə kadrlar “YouTube”da “Kruger Sightings” kanalında dərc olunub. Kadrlardan görünür ki, bəbir yerdə sürünən Heroqlif pitonuna yaxınlaşır. İlan birdən hücum edərək, onu sıxmağa başlayır. Lakin bəbir fantastik çeviklik göstərərək pitonun ağuşundan çıxa bilir. 

Qarşıdurmanın sonu ilanın məğlubiyyəti ilə bitsə də, bəbir də yaralanır. Turistlərin sözlərinə görə, o ərazidən uzaqlaşarkən axsayırmış.

Heroqlif pitonu dünyanın ən iri ilanları siyahısında ilk dördlükdədir. Onlar altı metrə qədər uzunluğa malik olurlar. Bu ilanların şikarları arasında Nil timsahları və hətta bəbirlər də var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh