“Toyota C-HR”in yenilənmiş versiyası satışda - FOTO - VİDEO

Avtoxəbər 21 Noyabr 2019 16:30 Oxunub 1811
“Toyota C-HR”in yenilənmiş versiyası satışda - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil hibrid və adi versiyada istehsal edilib

Cəmi 4 ildir istehsalı başlayan yeni “Toyota C-HR” avtomobilinin yenilənmiş versiyası Bakıda satışa çıxarılıb. Avtomobil hibrid və adi versiyada istehsal edilib. Azərbaycana hələlik modelin benzin mühərrikli versiyası gətirilib. Yenilənmiş C-HR yeni ön  və arxa bamperə malikdir. Avtomobil yeni multimedia sistemi, sükan gücləndiricisi, Apple auto tətbiqi ilə təhciz olunub. Burada salonun mükəmməl səs izolyasiyasını da qeyd etmək lazımdır.

Avtomobil istehsalçıları son dövrlər kiçik və qənaətcil avtomobillərə üstünlük verirlər. Hətta SUV və pikap tipli modellərin də kiçik və az yanacaq işlədən versiyaları təqdim edilir. Bu baxımdan, alıcılara təqdim edilən krossover hazırki iqtisadi şəraitə və alıcıların tələblərinə tam uyğundur. Çünki avtomobil qənaətcil olması ilə seçilir. “Toyota C-HR”ın  1.2 L turbo və 2 L mühərrik həcmli versiyası Azərbaycanda satılır. Avtomobilin 100 kilometr məsafəyə ortalama yanacaq sərfiyyatı cəmi 6 litrdir. “Toyota C-HR”ın salonu kifayət qədər genişdir.

Qiymətinə gəlincə, rəsmi dilerdən bildirirlər ki, model  bir necə komplektasiyada satışa çıxarılıb. Sadə komplektasiyalı “Toyota C-HR” Bakıda 43 500 manata satılır.

Qeyd edək ki, bu yaxınlarda həmin avtomobilin təqdimatı Toyota Abşeron Mərkəzində həyata keçirilib.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh