Sürücü qayda pozdu, arvadı polisə hədə-qorxu gəldi- Benzin tökəcəm - VİDEO

Avtosfer TV 21 Noyabr 2019 22:15 Oxunub 2137
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü "giriş qadağandır" nişanının tələbini pozub

Yol hərəkəti qaydasını pozan sürücünü saxlayıb qanuni tədbir görmək istəyən polis əməkdaşının görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, bu gün Koroğlu metrostansiyasının yaxınlığında giriş qadağandır nişanının tələbini pozaraq əks istiqamətdə hərəkət edən 99-MN-862 qeydiyyat nişanlı avtomobilin sürücüsünü, həmin ərazidə xidmət aparan 99-YP-321 qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan yol patrul xidməti inspektorları dayandıraraq barəsində qanuni tədbir görmək istəyiblər. Sürücünün yanında əyləşən həyat yoldaşı avtomobildən düşərək polislərə hədə-qorxu gəlməyə başlayıb.
Sürücünün qayda pozmasına baxmayaraq o, polisləri videoya çəkərək "Məni tanımadınız? Mənim yoldaşım müharibə veteranıdır, Azərbacan üçün üç əsgər saxlayırıq. Gərək benzin əlimdə prezident aparatının qarşısına gedim?"- deyərək polisin işinə qanunsuz müdaxilə etməyə çalışıb.
Həmin xanım sonradan kirayə evdə qaldıqlarını, avtomobilin kreditdə olduğunu və cəriməni ödəyə bilməyəcəklərini dedikdən sonra, yol polisləri humanistlik göstərərək həmin sürücüyə protokol yazmadan yola salıblar.

Onlar polisdən uzaqlaşdıqdan sonra çəkdikləri videonu sosial şəbəkədə yayaraq özlərini düzgün göstərməyə çalışıblar.

Sürücünün qayda pozmasına baxmayaraq yol polislərinin göstərdiyi humanistliyə görə Avtosfer.az saytı adından təşəkkür edirik. Sürücülərə isə bildiririk ki, yollarda qaydaları pozmasınlar və humanistlik göstərən insanların əməlini yerə vurmasınlar.


Təbriz Yusubov

ŞƏRH YAZ
Ad

E-mail

Şərh