Tıxacda qalan gəncin əsəbləri dözmədi, silaha əl atdı

Avtoxəbər 21 Noyabr 2019 18:45 Oxunub 1188
Tıxacda qalan gəncin əsəbləri dözmədi, silaha əl atdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstintaq aparılır

Moskva şəhərinin polis orqanları paytaxtın mərkəzində taksi sürücülərinə atəş açan şəxs barədə araşdırmalara başlayıb. 

Məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi yayıb.

Hadisədə şübhəli bilinin bir nəfər saxlanılıb. 

İdarədən bildirilib ki, ötən gün taksi xidməti ilə məşğul olan şəxslərdən biri onlara müraciət edib. Şikayətçi günorta saatlarında tıxaca gözləyərkən naməlum şəxsin ona yaxınlaşaraq ünvanına söyüş söydüyünü və avtomobilini irəli sürməyini tələb edib. Avtomobilindən düşən zərərçəkən qarşıda tıxac olduğunu izah etməyə çalışıb. 

Bu zaman naməlum şəxs israr edərək, taksi sürücüsünə zərbələr endirməyə başlayıb. Daha sonra qaz tapançasını çıxaran naməlum gənc zərərçəkənə iki-üç dəfə atəş açıb. Zərərli qaz sürücünün gözünə və əlinin üzərinə düşüb. Hadisəni törədən şəxs digər taksi sürücülərinə də atəş açmağa başlayıb.

Cinayəti törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Rusiya vətəndaşı tutularaq polis idarəsinə gətirilib. İstintaq aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh