Xocahəsəndə 35 yaşlı kişini maşın vurub, vəziyyəti ağırdır

Qəzalar 21 Noyabr 2019 21:30 Oxunub 1413
Xocahəsəndə 35 yaşlı kişini maşın vurub, vəziyyəti ağırdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüseynov Valeh Rafiq oğlu yolu keçərkən avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Xocahəsən qəsəbəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Hüseynov Valeh Rafiq oğlu yolu keçərkən avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona kəllə-beyin travması qoyulub.

Hüseynov Valehin vəziyyəti ağır qiymətləndirildiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh