Qara “Mercedes”lə Ağ Evə girmək istədi

Gündəm 22 Noyabr 2019 01:00 Oxunub 981
Qara “Mercedes”lə Ağ Evə girmək istədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsidentdən sonra Pensilvaniya prospekti bağlanıb

ABŞ Məxfi Xidmət Orqanının əməkdaşları qara avtomobillə Ağ Evin ərazisinə girməyə cəhd göstərən şəxsi yaxalayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun Tvitter səhifəsində yazılıb.  Qara Texas ştat nömrəli “Mercedes-Benz” günorta saatlarında Ağ Evin ərazisinə girməyə çalışıb. Bundan əvvəl Məxfi Xidmətə Ağ Evə gedən küçələrin birində şübhəli maşının görünməsi haqda məlumat daxil olmuşdu.

İnsidentdən sonra Pensilvaniya prospekti bağlanıb. Hadisənin detalları araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh