Avtosfer.az | Reklam
"Formula 1" mühəndisləri dünyanın ən sürətli traktorunu hazırladı - VİDEO
Yarışma 22 Noyabr 2019 01:15 345 dəfə oxunub
"Formula 1" mühəndisləri dünyanın ən sürətli traktorunu hazırladı - VİDEO
Qay Martin traktoru maksimum 247.4 km /saat sürətlə idarə edib

"Formula 1”də yarışan "Williams” komandasının mühəndisləri dünyanın ən sürətli traktorunu hazırlayıblar. EkoNews xəbər verir ki, britaniyalılar buna "JCB Fastrac” modelini modernləşdirməklə nail olublar. Mühəndislər traktorun aerodinamik keyfiyyətlərini yaxşılaşdırmaq üçün 65 dəyişiklik ediblər. Həmçinin onun alt hissəsinə və kabinəsinə əl gəzdirilib. Yenilənmədən sonra sürücü və televiziya aparıcısı Qay Martin traktoru maksimum 247.4 km /saat sürətlə idarə edib. İki sınaq yürüşündən sonra traktorun sürət həddi 217.5 km/saat olaraq müəyyənləşdirilib. Bununla da "JCB Fastrac” dünyanın ən sürətli traktoru kimi Ginnesin Rekordlar Kitabına düşüb. /Report


VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh