Gəncədə yol qəzasında “Mercedes” iki hissəyə bölündü - FOTO

Qaydalar 22 Noyabr 2019 01:45 Oxunub 2061
Gəncədə yol qəzasında “Mercedes” iki hissəyə bölündü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı minik maşını “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı “Mercedes” iki hissəyə bölünüb.  Hadisə zamanı “Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməsi olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh