Bakıda qəzaya uğramış avtomobillərə daha 5 maşın çırpıldı - FOTO

Qaydalar 22 Noyabr 2019 02:00 Oxunub 6066
Bakıda qəzaya uğramış avtomobillərə daha 5 maşın çırpıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə 7 avtomobilə ciddi ziyan dəyib

Paytaxtın Ziya Bünyadov prospektində baş vermiş yol qəzası ilə əlaqədar yolun hərəkətində sıxlıq yaranıb.  Havanın yağmurlu olması səbəbindən görmə məhdudiyyəti yarandığından, eyni zamanda yüksək surət prospektdə hərəkət edən 5 avtomobilin qəzaya uğrayan nəqliyyat vasitələrinə çırpılmasına səbəb olub. Ümumilikdə 7 avtomobilə ciddi ziyan dəyib. Həmin ərazidə yenidən qəzanın baş verməməsi üçün hadisə yerində olan sürücülər yola çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinə əl işarələri ilə xəbərdar edərək, onların ehtiyatlı olmalarına çalışırlar.

****

23:55

Bakının Nərimanov rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisində baş verib. “Nissan” markalı minik avtomobili yüksək sürətlə metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə “Nissan”da olan iki sərnişin xəsarət alıb.

Qəza nəticəsində prospektdə sıxlıq yaranıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh