Binəqədidə iki, Qaradağda bir nəfəri maşın vurdu

Qəzalar 22 Noyabr 2019 02:15 Oxunub 1062
Binəqədidə iki, Qaradağda bir nəfəri maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş verən hadisələrlə bağlı araşdırma aparılır

Axşam saatlarında baş verən yol-nəqliyyat hadisələri zamanı ümumilikdə 3 nəfər xəsarət alıb. 

Oxu.Az xəbər verir ki, hadisələrdən ikisi Binəqədi rayonunda baş verib.  

Biləcəri qəsəbəsində avtomobil yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Əliyeva Aysun Hikmət qızını vurub. 

Analoji hadisə Xocasən qəsəbəsində də qeydə alınıb. Piyada keçidindən yolu keçən 1984-cü il təvəllüdlü Hüseynov Valeh Rafiq oğlunu minik avtomobili vurub.  

Qaradağ rayonunda isə minik avtomobili Binə Ticarət Mərkəzinin qarşısından yolu keçən 1999-cu il təvəllüdlü Məmmədova Həlimə Ədalət qızını vurub.  

Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.  

Baş verən hadisələrlə bağlı araşdırma aparılır.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh