Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub

Qəzalar 22 Noyabr 2019 02:30 Oxunub 878
Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza metronun "28 May" stansiyasının yaxınlığında qeydə alınıb.

Bəxtiyar adlı sürücü idarə etdiyi "Haval" markalı minik avtomobili ilə yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Haqverdiyeva Aygün Əlizamin qızını vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb. A.Haqverdiyevaya qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh