Bakıda baş verən yol qəzasında 2 nəfər ölüb

Qəzalar 22 Noyabr 2019 14:00 Oxunub 1003
Bakıda baş verən yol qəzasında 2 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Binəqədi RPİ tərəfindən araşdırma aparılır

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, noyabrın 21-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Abdullayevin və M.Kazımovun idarə etdikləri “Mercedes” markalı 2 avtomobil toqquşub. Nəticədə İ.Abdullayevin sərnişinləri - paytaxt sakinləri Surxay Abbasov və Kifayət Məmmədova hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh