Hicran Hüseynova: “Maşınım xarab olduğu üçün görüşə helikopterlə getdim”

Gündəm 22 Noyabr 2019 14:25 Oxunub 903
Hicran Hüseynova:  “Maşınım xarab olduğu üçün görüşə helikopterlə getdim”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Komitə sədri vətəndaşlarla görüşə helikopterlə getməsinin səbəblərini açıqlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vətəndaşlarla görüşə helikopterlə getməsinin səbəblərini açıqlayıb. O, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib. Komitə sədri bunun üçün hərbçilərə zəng etdiyini vurğulayıb: "Görüş cəbhə bölgəsində idi və məni 30-dan çox insan gözləyirdi. Maşınım xarab olduğu və gec düzələcəyi üçün mən sərhəd zonasında görüşə helikopterlə getdim. Hərbçilərə zəng edib xahiş etdim ki, reys varsa, məni də özləri ilə aparsınlar. Mən ora hərbi helikopterlə getmişəm. Bu təhlükəli gediş idi. Cəbhə zonasında görüş idi və hər şey ola bilərdi. Qısa müddətdə ora çatdım 50-dən çox qadını qəbul etdim. Bizim komitə ən aşağı büdcəli qurumdur. Mən ora nə kefə getmişdim, nə də kurorta".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh